Parlamentdə azlıqda olan partiyalar və bitərəflərdən MSK üzvlüyünə namizədlər müəyyənləşib
Bu barədə APA-ya toplantıda iştirak etmiş millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, toplantıya Milli Məclisdə azlıq təşkil edən partiyalardan Müsavat və Xalq partiyalarından olan millət vəkilləri qatılmayıb. Müsavat Partiyası Seçki Qərargahının rəhbəri, partiya tərəfindən Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədliyi irəli sürülmüş Gülağa Aslanlı toplantıda iştirak edib.
Toplantıda Milli Məclisdə azlıqda təmsil olunan partiyaların nümayəndələrindən Gülağa Aslanlı (Müsavat partiyası) və Mikayıl Rəhimlinin (BAXCP) MSK-ya üzv göndərilməsi barədə qərar qəbul olunub. Parlamentdə bitərəflərin nümayəndəsi olaraq isə MSK-ya ixtisasca hüquqşünas olan Arifə Ağaverdi qızı Muxtarovanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, MSK-ya yeni üzvlərin təyin olunması məsələsinə Milli Məclisin növbəti iclasında baxılacaq.
Hazırda MSK-nın 15 üzvü var. Yeni üzvlər fəaliyyətə başlayandan sonra MSK üzvlərinin sayı 18-ə çatacaq. Bu isə MSK-nın tam tərkibdə formalaşması demədir.

Oxşar yazılar

Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50