ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisi cümə günü gəlir
28 sentyabr 2010 14:09 (UTC +04:00)

ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisi cümə günü gəlir

Bu gün səfir Odri Qloverin başçılıq etdiyi ATƏT-in Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüblər.


MSK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Məzahir Pənahov deyib ki, MSK seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsiplərinə riayət olunmasına böyük əhəmiyyət verir, seçki komissiyalarının fəaliyyətinin, seçki prosesinin şəffaf olması üçün bütün qanuni addımları atır.

Müşhaidə Missiyasının rəhbəri Milli Məclisə seçkilərlə bağlı MSK-nın gördüyü işlərlə maraqlanıb. Məzahir Pənahov seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirmə proqramı, hazırkı seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə qonaqlara ətraflı məlumat verib.

Odri Qlover bu həftənin cümə axşamı ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisinin, noyabrın 3-də isə qısamüddətli müşahidəçilərinin Azərbaycana gələcəklərini bildirib.

Görüşdə Mərkəzi Seçki Komissiyası ilə ATƏT-in Müşahidə Missiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar