Asim Mollazadənin “Demokratiya”dan xəbəri yoxdur? - YENİLƏNİB
08 sentyabr 2010 18:09 (UTC +04:00)

Asim Mollazadənin “Demokratiya”dan xəbəri yoxdur? - YENİLƏNİB

“Demokratiya” İslahatlar Partiyası (DİP) və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sıralarını genişləndirmək üçün bir neçə partiya ilə danışıqlar aparır. Bunu Lent.az-a açıqlamasında DİP sədri Asim Mollazadə söyləyib.

Bu partiyaların adlarını açıqlamaq istəməyən Asim Mollazadə həftə ərzində danışıqlar prosesinin başa çatacağını və gələn həftənin əvvəlində blokun sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim olunacağını bildirib. Onun sözlərinə görə, “Demokratiya” Seçki Blokunun emblemi də hələ hazır deyil, dizaynerlər emblem üzərində işləyirlər.

Asim Mollazadənin Lent.az-a açıqlamasından 15 dəqiqə sonra isə VHP mətbuat xidməti məlumat yayıb və bu məlumatda Asim Mollazadənin söylədiklərini təkzib edən məqamlar yer alıb. Məlumatda qeyd olunur ki, VHP və DİP-i birləşdirən “Demokratiya” Blokunun seçkilərlə bağlı işçi qrupu yaradılıb. Hər iki partiya Siyasi Şurasının qərarı ilə blokun səlahiyyətli nümayəndələri də müəyyənləşdirilib.

Asim Mollazadənin söylədiklərindən fərqli olaraq, VHP-nin yaydığı məlumatda qeyd olunur ki, blokun səlahiyyətli nümayəndələri sentyabrın 8-də keçirilən iclasında blokun bütün sənədlərini təsdiq ediblər və sənədlər qeydiyyat üçün artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Məlumatda blokun səlahiyyətli nümayəndələrinin birgə iclasında “Demokratiya” Blokunun embleminin də təsis edildiyi bildirilir.

Ramiz



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar