Ermənilər Ağdamda hərbi təlimləri davam etdirirlər
27 mart 2009 12:00 (UTC +04:00)

Ermənilər Ağdamda hərbi təlimləri davam etdirirlər

Ermənistan ordusu bu gün saat 10:00-dan Ağdam rayonunun işğal olunmuş ərazilərində artilleriya və zirehli texnikanın iştirakı ilə hərbi təlimlərin növbəti mərhələsinə başlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, artilleriya və zirehli texnikadan açılan atəş dağ massivlərinə tuşlanıb. Açılan atəşləri və baş verən yanğınları Ağdamın cəbhəyanı kəndlərində müşahidə etmək olur. Komanda-qərargah təlimlərinin 5-7 gün davam edəcəyi və Ağdərə ərazisində də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal olunmuş ərazilərində 3 gündür təlim keçirlər.
# 1136

Oxşar yazılar