Müxalifət referendumu Müsavatda izləyəcək
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı referendum günü Müsavatda yerləşəcək
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) mərkəzi qərargahında Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının sədrlər şurasının, hərəkatın işçi qrupunun üzvlərinin iştirakı ilə genişləndirilmiş iclası keçirilib. Bu barədə Lent.az-a ADP-nin mətbuat xidmətindən məlumat verilib. İclasda referendumun təşviqat mərhələsinin başa çatması ilə əlaqədar bu mərhələyə qiymət verilib və təşviqat mərhələsində baş verən qanun pozuntuları ilə bağlı bəyanat qəbul edilib.
İclasda Avropa Şurası Venesiya komissiyasının referendumla bağlı rəyi də müzakirə olunub və rəy müsbət dəyərləndirilib. Qeyd olunub ki, 18 mart referendumuna çıxarılan müddəalarla bağlı Venesiya Komissiyasının rəyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının bu məsələ ilə əlaqədar fikirləri ilə əsasən uyğundur və məsələyə obyektiv münasibəti əks etdirir.
İclasda 18 mart referendumu günü Vətəndaş hərəkatına daxil olan hər iki təşviqat qruplarının referendumun birgə müşahidəsinin təşkili, seçki məntəqələrindən alınan məlumatların toplanması və operativ olaraq yayılması məqsədi ilə referendumun müşahidə qərargahının yaradılması haqqında qərar qəbul edilib. İclasda həmçinin müşahidə qərargahının Müsavat partiyasının mərkəzi qərargahında yerləşməsi razılaşdırılıb.
İclasda həmçinin qərara alınıb ki, referendumun nəticələri ilə bağlı Hərəkatın ilkin rəyinin açıqlanması ilə əlaqədar tədbir martın 19-u saat 12-də RATİ-nin ofisində keçirilsin.
Pərvin ABBASOV

1154