Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Şəhid Cümşüd Məmmədovla vida mərasimi keçirilib, şəhidin qalıqları Laçın şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb./APA
***
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Məhərrəmov Vaqif Mənsim oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Şəhid hərbçi Vaqif Məhərrəmovla Neftçala şəhərində şəhidin doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılınıb. Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Astanlı kənd qəbiristanlığında - Şəhidlər cərgəsində torpağa tapşırılıb.
Qeyd edək ki, Vaqif Məhərrəmov 1971-ci il iyulun 3-də Neftçala şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb./ APA
***
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Nərimanov Mürşüd Nadir oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Şəhid hərbçi Mürşüd Nərimanovla İmişli rayonunun Məzrəli kəndində doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılınıb. Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Məzrəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Mürşüd Nərimanov 5 may 1963-cü ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 26 yanvar 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi ərazisində hərbi əməliyyatlar zamanı itkin düşüb. /APA
***
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Qurbanov Akif Cəbrayıl oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin qalıqları Sulutəpədə Şəhidlər xiyabanında dəfn olunub./APA