Etibar Məmmədov hələ fikirləşir, sədr qərarını verib
31 avqust 2010 14:12 (UTC +04:00)

Etibar Məmmədov hələ fikirləşir, sədr qərarını verib

AMİP seçkidə təkbaşına iştirak edəcək. Bunu Lent.az-a açıqlamasında AMİP-in seçki məsələləri üzrə katibi Rəşad Bayramov söyləyib.


Onun sözlərinə görə, qanunvericiliyə əsasən, parlament seçkilərində təkbaşına iştirak edən partiya ölkə üzrə seçki dairələrinin yarısından çoxunda namizəd irəli sürməlidir. AMİP də 70 dairədə namizəd irəli sürəcək.


Rəşad Bayramov onu da nəzərə çatdırıb ki, AMİP lideri Etibar Məmmədovun hələ seçkidə iştirakla bağlı qərarı yoxdur, o, qərarını seçki dövründəki situasiyadan asılı olaraq verəcək. Partiya sədri Yusif Bağırzadənin isə 39 saylı Gəncə Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi dəqiqləşib.


Rəşad Bayramov onu da bildirib ki, seçkilərdə təkbaşına iştirak etsə də, AMİP daim əməkdaşlığın tərəfdarı olub: “Son 15 gündə AMİP rəhbərliyi ayrı-ayrı partiyalarla görüşlər keçirilir. Bu gün də sədrimiz Yusif Bağırzadə və katiblər Ümid Partiyasının qərargahında bu partiyanın sədri İqbal Ağazadə ilə görüş keçirir. Düzdür, görüş partiyanın Siyasi Şura tərəfindən təsdiqlənmiş Qarabağla bağlı sənədlə əlaqədardır. Ancaq bu görüşdə “Qarabağ” Seçki Blokunda təmsil olunan Ümid Partiyası ilə seçki məsələsi və seçki dövründə əməkdaşlıq müzakirə olunacaq. Müxalifət partiyalarının bir-birinə seçki dövründə təbliğat aparmaması, seçki komissiyalarında əməkdaşlıq mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1229

Oxşar yazılar