“Obama “soyqırımı” sözünü işlətsə...”
Ariel Koen: “Bu, daha çox problemlərə səbəb olacaq”
ABŞ-nın “Heritage” Fondunun Rusiya və Avrasiya məsələləri üzrə baş eksperti Ariel Koen hesab edir ki, Türkiyə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində erməni soyqırımı ilə bağlı qəbul olunmuş qərara sərt reaksiya verəcək.
APA-nın Vaşinqton müxbirinə açıqlamasında Ariel Koen bildirib ki, hətta bütünlükdə Nümayəndələr Palatası qətnamənin əleyhinə səs versə belə, ABŞ və Türkiyə arasındakı məsafə artacaq.
O xatırladıb ki, Komitə Prezident Obamanı ABŞ-ın xarici siyasətində 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi əks etdirməyə və 24 aprel çıxışında soyqırım sözünü işlətməyə çağırıb.
“Martın 4-dəki səsvermədən əvvəl dövlət katibi Hillari Klinton Xarici Əlaqələr Komitəsinin rəhbəri Hovard Bermana zəng vuraraq bildirib ki, qətnamə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına ziyan vuracaq. Lakin Hillari Klintonun zəng etməsinin bir faydası olmadı”.
Ekspertin fikrincə, buna etiraz olaraq Ankara Türkiyədəki səfir Namik Tanı məsləhətləşmələr aparmaq üçün çağırıb.
“Hazırda 117 konqresmen qətnaməni dəstəkləyir. 13 senator da eyni mövqedədir. Buna baxmayaraq qabaqcadan nəticə barədə bir söz demək çətindir, çünki administrasiya qətnamənin qəbul olunmaması üçün təzyiqi artıracaq”.
Digər tərəfdən ekspert hesab edir ki, Türkiyə getdikcə daha çətin tərəfdaşa çevrilir, lakin bu ölkə hələ də NATO çərçivəsində ABŞ-ın müttəfiqidir: “Bəziləri hesab edir ki, ABŞ protokolları ratifikasiya etməsi üçün Türkiyəyə təzyiqi artırmağa çalışır, lakin ABŞ-Türkiyə münasibətlərinin daha vacib məsələləri ortaya qoyub”.
O bildirib ki, əgər prezident Obama aprelin 24-də edəcəyi açıqlamada “soyqırım” sözünü işlətsə, bu daha çox problemlərə səbəb olacaq: “Ümidvarıq ki, Türkiyə NATO-dan çıxmayacaq, yaxud da ABŞ-la əməkdaşlığı dayandırmayacaq. Türkiyə ABŞ-dan və Qərbdən uzaqlaşıb, öz neoosmanlı və islam köklərinə qayıtmaq trayektoriyası cızır. Qatar artıq stansiyanı tərk edib”.

424