İşık Koşaner: “Azərbaycanın ərazi bütövlüyünün bərpası xüsusi önəm daşıyır”
“Cənubi Qafqazda ABŞ və NATO-nun öz təsir dairələrini genişlətmək istiqamətində göstərdikləri səylərdən Rusiyanın keçirdiyi narahatlıq yeni problemlərin ortaya çıxmasına səbəb ola biləcək”.
APA-nın məlumatına görə, bunu Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner Baş Qərargah rəisi postunun təhvil-təslim mərasimində ki çıxışında deyib.
Çıxışında Türkiyə-Ermənistan əlaqələrinə də toxunan Baş Qərargah rəisi qeyd edib ki, münasibətlərin normallaşması istiqamətində atılan addımlar hələlik nəticə verməyib. Hazırda bu prosesin davam etdiyini deyən general Koşaner Azərbaycanın ərazi bütövlüyünün bərpasının bölgədə sülhün və asayişin təmin olunması baxımından xüsusi önəm daşıdığını vurğulayıb.
Yeni qərargah rəisi digər məsələlərlə də bağlı maraqlı açıqlamalar verib. Bu sırada terrorçulara sərbəstliyin verilməsi, onların bağışlanılmasının xalqda narahatlıq doğurduğunu dilə gətirib: “Qanunların təmin etdiyi sərbəstlik səbəbiylə terrorçular artıq xalqın içində rahatca yaşaya bilirlər. Ona görə də təhlükəsizlik qüvvələri tərəfindən günahsız xalqı və terrorçunu ayırd etmək hər keçən gün bir az da çətinləşməkdədir”.
General, həmçinin əlavə edib ki, İraq şimalındakı yerli rəhbərliyin təmin etdiyi imkanlar PKK-nın varlığını davam etdirməsini asanlaşdırıb. Baş Qərargah rəisi son illər ordu və tanınmış hərbçilərə qarşı keçirilən kampaniyalara baxmayaraq, Silahlı Qüvvələrin öz üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyini vurğulayıb: “Silahlı Qüvvələr dövlətimizin və millətimizin bölünməz bütünlüyü uğrunda özlərinə yönəldilən hər cür haqsız tənqid, günahlandırma və böhtanlara baxmayaraq, intizamla mübarizəni sonuna qədər davam etdirəcək. Silahlı Qüvvələrə və bəzi personala yönəldilən, bir çoxunun doğruluğu hələ isbat edilməmiş və mühakimə müddətində olan iddialar, müəyyən mərkəzlər tərəfindən ictimaiyyətə gerçək kimi təqdim edilməkdədir”.

614