Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Daşkəsən rayonuna atəş açmasına münasibət bildirib.
Lent.az xəbər verir ki, o, bu barədə rəsmi "Twitter" hesabında bildirib ki, ermənilərin Daşkəsəni atəşə tutması nətciəsində meşə yanğınları başlayıb:
"Erməni silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum edib. Nəticədə ərazidə meşə yanğını başlayıb. Təcili yardım xidmətləri yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirmək üçün fəaliyyət göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur".