ÜST yenidən maska taxmağa çağırdı – SƏBƏB  
06 yanvar 2024 01:07 (UTC +04:00)

ÜST yenidən maska taxmağa çağırdı – SƏBƏB 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bütün dünyadakı insanları yenidən maska taxmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.  

Lent.az xəbər verir ki, bu barədə Qebreyesus özünün X hesabında bildirib.

“Bir neçə həftədir ki, bir çox ölkələrdə koronavirus və qripin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı artmaqdadır. Bunun son bayramlardan sonra da davam edəcəyi gözlənilir”, - Tedros bildirib.

O, həmçinin hər kəsə koronavirus infeksiyası üçün testdən keçməyi və ya simptomları olduqda həkimə müraciət etməyi tövsiyə edib.

“Yoluxmanı azaltmaq üçün maskalardan, havalandırmadan və məsafədən istifadə etməyə davam edin. Həmçinin sizin və yaxınlarınızın koronavirus və qripə qarşı peyvənd olunduğundan əmin olun”, - ÜST rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4419
avatar

Oxşar yazılar