Rusiyanın “OncoCareClinic 308”in terapevtik şöbəsinin rəhbəri Yelena Spiroçkina smartfonların aktiv istifadəsi nəticəsində xərçəngə tutulma ehtimalını təkzib edib.
Lent.az xəbər verir ki, həkimin fikrincə, qadjetlər onkoloji xəstəliyin inkişafına təkan vermir.
"Əgər onlar ən azı bir qədər xərçəngə tutulma riskinə səbəb olsaydılar, keyfiyyətə nəzarət testindən keçməzdilər" – həkim bildirib.
Bundan əlavə, radioloq xərçəngin mikrodalğalı sobaların istifadəsi nəticəsində baş verməsi ilə bağlı geniş yayılmış mifi də təkzib edib.