Siqaret çəkənlərin rəngi niyə solğun olur? - Həkim AÇIQLADI
23 avqust 2023 17:56 (UTC +04:00)

Siqaret çəkənlərin rəngi niyə solğun olur? - Həkim AÇIQLADI

Siqaret dəriyə təsir edən, onu dəyişdirən bir asılılıqdır.

Lent.az Rusiya mediayasına istinadən xəbər verir ki, bunu kosmetoloq, dermatoloq Nana Nosareva deyib.

Mütəxəssis qeyd edib ki, siqaret üzün dərisini korlayır - o, boz-torpaq rəngi alır, parlaqlığını itirir, kobud, solğun və boş olur. Həkim bunun damar tonusunu azaldan nikotinin parçalanması məhsullarının qana daxil olması ilə izah edib. Həmçinin, nikotinin təsiri altında kollagen və elastinin strukturunda dəyişikliklər nəticəsində dərinin sürətlə qocalmasına səbəb olan sərbəst radikalların aktivliyi artır.

Üstəlik, qatranların təsiri altında təbii antioksidant olan C vitamini də məhv olur. Bu səbəbdən siqaret çəkənlərin dərisi təravət və sağlam görünüşdən məhrum olur.

Onun sözlərinə görə, siqaret saçlara mənfi təsir göstərir - onlar xoşagəlməz qoxu, mat görünüş əldə edir, kövrək olur və aktiv şəkildə tökülür. Siqaret çəkənlərin dişləri də qaralır və sarıya çevrilir. Parlaqlığını itirir və hətta çürüyülər. Həm də heç bir şeylə kəsilə bilməyən daimi ağız qoxusu yaranır. O qeyd edib ki, tütün məmulatlarını sevənlərin səsi zəhərin təsiri altında təmizliyini itirir, kobud, boğuq və xırıltılı olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar