Şəkər xəstələrinin DİQQƏTİNƏ:  Bu qidalara fikir verin
07 dekabr 2023 09:46 (UTC +04:00)

Şəkər xəstələrinin DİQQƏTİNƏ: Bu qidalara fikir verin

Şəkərli diabet orqanizmdə maddələr mübadiləsinin pozulması ilə özünü göstərən xəstəlikdir. Diabetli xəstənin immun sistemi olduqca zəif olur. İmmun sistemini gücləndirməyin əsas yolları düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, lazımi qədər dincəlmək və normal yuxu rejimidir. Pəhriz həmin xəstələrin müalicəsində vacib rol oynayır və şəkərin səviyyəsini normada saxlamağa kömək olur. Şəkərli diabet xəstəliyi olanlar qidalanmada bir sıra qaydalara riayət etməlidirlər.

Lent.az şəkər xəstələrinin yeyə biləcəyi qidaları təqdim edir:

Ağ çörək, makaron, düyü, qarğıdalı, dənli və şəkərli qidalar yerinə meyvə, tərəvəz kimi sağlam karbohidratlara və az yağlı süd məhsullarına üstünlük verin.

Kartof və emal olunmuş taxıllardan (ağ çörək, ağ makaron və s.) çəkinin.

Şirniyyatlardan uzaq olun.

Yağ, şəkər və duzdan mümkün qədər az istifadə edin.

Sağlam ət məhsullarına üstünlük verin (balıq, yağsız qırmızı ət, toyuq).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4899
avatar

Fidan İlqar

Oxşar yazılar