Qozun sağlamlıq üçün 5 FAYDASI
29 oktyabr 2021 14:05 (UTC +04:00)

Qozun sağlamlıq üçün 5 FAYDASI

Qoz tərkibindəki yağ turşularına görə yüksək kalorili qidalar kateqoriyasına aiddir. Buna baxmayaraq qozun orqanizm üçün bir xeyli faydaları var.

Lent.az saytı qozun sağlamlıq üçün 5 faydasını sizə təqdim edir.

1. Ürək və damarlardakı qan sisteminə kömək edir

Aparılan araşdırmalara görə, gün ərzində 40 qrama qədər qoz yeməyin ürəyin işemik xəstəliyi riskinin qarşısını alır. Hətta həftədə 4 dəfədən çox qoz yeyənlərin ürək xəstəliyinə tutulma riski 37 faiz azaldığı bildirilir.

Həmçinin, qanda xolestirinin səviyyəsinin azaldılmasına, qan laxtalanmasına qarşı da faydalıdır.

2. Beyin funksiyasını yaxşılaşdırır

Qoza bəzən “beyin qidası” da deyilir. Burada məsələ zahiri oxşarlıqda deyil. Müasir tədqiqatlar göstərib ki, qozun qida rasionuna əlavə edilməsi idrak funksiyasını və qısamüddətli yaddaş problemini yaxşılaşdırmaqla yanaşı, “Alzheimer” xəstəliyinin qarşısının alınması üçün də effektivdir.

3. Maddələr mübadiləsini sürətləndirir və çəkiyə nəzarəti təmin edir

Yüksək kalorili olmasına baxmayaraq, qoz da rejim zamanı pəhrizə daxil edilə bilər. Tərkibində çoxlu miqdarda lif, zülal və yağ var ki, bu da sizi tox hiss etdirir və həddindən artıq yeməyin qarşısını alır.

O cümlədən, qoz yemək metabolik sindrom və piylənmə riskini azaldır. Həzm sistemini normaya salır.

4. Əhvalı və yuxu rejimini yaxşılaşdırır

Hər gün bir ovuc qoz yuxu rejiminizin düzəlməsinə kömək edəcək. Bu qozun tərkibində olan melatoninlə bağlıdır. Gündəlik əhval-ruhiyyəni yaxşılaşdıracaq, əsəb və depressiyanı qismən aradan qaldıracaq.

5. Saç və dəri sağlamlığını qoruyur

E vitamini ilə zəngin olan qoz yağı saç və dəriyə qulluqda istifadə olunur. Yaşıl qoz suyu bədəndəki arzuolunmaz tükləri çıxarmaq üçün yaxşı vasitə hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20133
avatar

Sevinc Fərid

Oxşar yazılar