Qışda immunitet sisteminizi dəstəkləməyə kömək edəcək məhsulların siyahısı təqdim olunub.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, siyahı dietoloq-endokrinoloq Ancelina Vodolazkaya tərəfindən hazırlanıb
O, siyahıya cəmi üç məhsul daxil edib - ispanaq, sarımsaq və zəncəfil.
Belə ki, ispanaq C vitamini mənbəyidir və həmçinin immunitet sistemini gücləndirməyə kömək edən beta-karoten və antioksidanları ehtiva edir. Sarımsaq güclü antiviral və antibakterial xüsusiyyətlərə malikdir, zəncəfil isə iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Həmçinin xolesterini azaldır, yaddaşı və konsentrasiyanı yaxşılaşdırır.