“ÖLÜM KALKULYATORU”  – Tibbdə ilkə imza atıldı
20 yanvar 2021 14:32 (UTC +04:00)

“ÖLÜM KALKULYATORU” – Tibbdə ilkə imza atıldı

Uzun müddət qocalma prosesinin gen aktivliyi səviyyəsini və insan orqanizmində tənəzzülü ölçən “ölüm kalkulyatoru” yaratmaq ideyası olsa da, bunu gerçəkləşdirmək qeyri-mümkün idi.

Son illərdə elm adamları bu istiqamətdə müxtəlif tədqiqatlar aparsalar da, müsbət nəticə əldə edə bilmirdilər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, artıq Böyük Britaniyada Şərqi İngiltərə Universitetinin mütəxəssisləri tərəfindən tibb sahəsində ilk dəfə olaraq “ölüm kalkulyatoru” ixtira edilib.

Universitetin yaydığı məlumata görə, son onilliklər ərzində 110 mindən çox ölkə vətəndaşının sağlamlıq vəziyyətində böyük bir riyazi dəyişiklik modeli qurulub. 

Mütəxəssislər proqram təminatında alqoritmləri 60 yaşdan yuxarı insanların məlumatları əsasında yaradıblar. 

Xəstəliklər üzrə 648 fərqli risk faktoru müəyyən edilib. Həmçinin, toxumaların və orqanların qocalma xüsusiyyətləri, genetikaya əlavə olaraq, müəyyən bir fərdin pəhrizi, hətta pis vərdişlərin də nəzərə alınıb ki, bu da öz növbəsində istənilən yaş qrupunda baş verən dəyişiklikləri, xəstəlikləri üzə çıxarır. 

Beləliklə, “ölüm kalkulyatoru” hər bir sakinin ömrünü proqnozlaşdıra bilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15837
avatar

Rəsul SARI

Oxşar yazılar