"Tottenhem" Xulian Alvares üçün 130 milyon təklif etməyə  hazırdır
05 oktyabr 2026 12:03 (UTC +04:00)

"Tottenhem" Xulian Alvares üçün 130 milyon təklif etməyə hazırdır

0

İngiltərənin "Tottenhem" klubu "Atletiko"nun hücumçusu Xulian Alvares üçün 130 milyon avro təklif etməyə hazırdır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, London klubu həmçinin Xulian Alvaresin müqaviləsinə gələcəkdə "Barselona"ya transferini asanlaşdıracaq sərbəst buraxılış bəndini də daxil etməyə hazırdır.

Yayda Kataloniya klubu Alvaresi transfer etmək istəsə də, "Atletiko" təklifi rədd edib. Alvares özü "Barselona"ya keçmək istəyini bildirib.

Alvares 2024-cü ilin avqust ayından bəri "Atletiko"da oynayır və onunla müqaviləsi 2030-cu ilə qədərdir.

"Transfermarkt" 26 yaşlı futbolçunun transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar