Mədə xərçənginin inkişafını sürətləndirən AMİLLƏR
27 yanvar 2024 06:54 (UTC +04:00)

Mədə xərçənginin inkişafını sürətləndirən AMİLLƏR

Mədə xərçənginin inkişafına əhəmiyyətli dərəcədə təsir edən əsas amillər arasında qeyri-sağlam yemək davranışı və zərərli qidalardan sui-istifadə var.

Lent.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının səhiyyə əlaçısı Aleksandr Seryakov bildirib.

“Bütün məhsullar arasında ən təhlükəlisi hisə verilmiş ət, qırmızı ət, tərkibində duzu yüksək olan konservlər, alkoqollu içkilər, zərərli toksinləri yüksək olan tərəvəz və meyvələrdir. Məsələn, ət, kolbasa və ət konservləri mədə hüceyrələrində mutasiyaları təhrik edən və şiş proseslərinin inkişafına səbəb olan son dərəcə təhlükəli kanserogen maddələr - nitrozaminlər, akrilamidlər və peroksidlərdən ibarətdir. Bundan əlavə, qidanın termiki emalı zamanı bu maddələrin kanserogen aktivliyi nəzərəçarpacaq dərəcədə artır, yəni sağlam hüceyrələrin şiş hüceyrələrinə çevrilməsi riski də artır”, - Seryakov izah edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5634
avatar

Oxşar yazılar