Koronavirus peyvəndləri və sperma: milyonlarla kişinin qorxusuna  SON QOYULDU
21 iyun 2021 18:41 (UTC +04:00)

Koronavirus peyvəndləri və sperma: milyonlarla kişinin qorxusuna SON QOYULDU

Koronavirusa qarşı peyvəndlər, xüsusilə Pfizer və ya Moderna infeksiyanın özündən fərqli olaraq, kişinin cinsi məhsuldarlığına mənfi təsir etmir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Amerika tibb assosiasiyasının jurnalında dərc olunan yeni bir araşdırmada deyilir.

Mayami Universitetindən bir qrup alim öz araşdırmalarında 25 ilə 31 yaş arasındakı 45 kişinin sperma nümunələrindən istifadə edib.

Əvvəlcə test olunanların məhsuldarlıq probleminin olub-olmaması yoxlanılıb.

mRNA peyvəndlərinin ilk inyeksiyadan əvvəl və ikinci dozadan 70 gün sonra sperma nümunələri götürülüb, sonra sperma həcmi, konsentrasiyası, hərəkətliliyi və ümumi sperma sayına görə araşdırılıb.

“Hər iki dozada mRNA peyvəndi alan gənc sağlam kişilərdə sperma dəyişikliyi tapmadıq", - araşdırmanın müəllifi, Mayami Universitetinin kişi reproduktiv tibb və cərrahiyyə şöbəsinin müdiri Ranjit Ramasami bildirir.

Ramasaminin fikrincə, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da istifadə edilən AstraZeneca peyvəndi də kişilərin cinsi aktivliyinə mənfi təsir göstərmir.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3129
avatar

Oxşar yazılar