İrsi keçən  xərçəng   növləri 
16 fevral 2024 00:15 (UTC +04:00)

İrsi keçən xərçəng növləri 

Bəzi xərçəng növlərinə qarşı həssaslıq valideynlərdən miras alınır. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu onkoloq Yuliya Şubina deyib.

Onun sözlərinə görə, bunlara döş, yumurtalıq, medullar və bəzi kolon xərçəngi növləri daxildir, Buna görə də, yumurtalıq və ya döş xərçənginə tutulan qan qohumları olan qadınlar genetik risk üçün testdən keçməlidirlər. Ailəsində bağırsaq xərçəngi tutulan qohumları olan insanlar da əlamətlərə diqqətli olmalıdırlar.

Eyni zamanda həkim əlavə edib ki, irsi xərçəng halların yalnız məhdud hissəsidir. Statistikaya görə, şişlərin təxminən 80 faizi həyat boyu yığılan və kanserogenlərin və ya qeyri-sağlam həyat tərzinin təsiri altında yaranan təsadüfi mutasiyalar nəticəsində inkişaf edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5319
avatar

Oxşar yazılar