Dietoloq Mariyat Muxina hansı balığın ürəyə faydalı olduğunu açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ürək əzələsinin Omeqa-3 yağ turşularına ehtiyacı var. Dietoloqun sözlərinə görə, bu baxımdan qızılbalıq ən yaxşı seçimdir.
Omeqa-3 yağ turşularının faydalarından danışan həkim izah edib ki, bu maddələr qanı durulayır, trombozdan qoruyur, yaxşı xolesterini artırır, həmçinin ateroskleroz, ürək-damar xəstəliklərinin qarşısını alır və infarktın qarşısını alır.
Dietoloq ürək üçün sağlam balıq növləri siyahısına siyənək, skumbriya, sardina və alabalığı da daxil edib. Omeqa-3 çatışmazlığını balıqdan əlavə qoz, kətan toxumu, çia və ya küncüt toxumu ilə də doldurmaq olar.