Dırnaqlarınızda ağ ləkələriniz var? – DİQQƏTLƏ OXUYUN
01 dekabr 2023 13:26 (UTC +04:00)

Dırnaqlarınızda ağ ləkələriniz var? – DİQQƏTLƏ OXUYUN

Yanlış qidalanma və stress bədən sağlamlığına mənfi təsir göstərməklə yanaşı, dırnaqlarda ağ ləkələr kimi də əks oluna bilər. Zaman keçdikcə bir çoxlarının dırnağında yaranan ağ ləkələr, forma və ölçüsündən asılı olaraq önəm daşıyır.

Bəs, dırnaqlarda ağ ləkələr nədən yaranır və onlardan necə qurtulmaq olar? 

Lent.az xəbər verir ki, gözəl və baxımlı dırnaqlara sahib olmaq həm fiziki, həm də sağlam olmağın göstəricisidir. Lakin zaman-zaman dırnaqlarda bu gözəlliyə kölgə salan ağ ləkələr əmələ gəlir. 

Türkiyəli tanınmış dermatoloq Emine Özge Ayabakan dırnaqlarda ağ ləkələrin yaranmasının əsas səbəblərini açıqlayıb:

“Dırnaqlarda ləkələr uzun ağ dalğalar şəklində və sayca çoxdursa, bu sizdə zülal və digər qida çatışmazlığı, böyrək və ya qaraciyər xəstəliklərinin olmasından xəbər verə bilər. Əgər dırnaqdakı ağ ləkələr qısa və üfüqi xətlər formasındadırsa, deməli, onlar dırnağınıza edilən güclü zərbə nəticəsində əmələ gəlib. Bu isə zamanla öz-özünə yox olur”. 

Dermatoloqun sözlərinə görə, dırnaqlarda ağ ləkələrin dırnaq kökündən ucuna qədər geniş bir sahəyə yayılmasına arsen zəhərlənməsi və sink, selen, kalsium maqnezium və manqan kimi mineralların çatışmazlığı da səbəb ola bilər. Bu zaman qan müayinəsi mütləq aparılmalıdır.

Bu ləkələrin əmələ gəlməsinin digər səbəbləri tiroid hormonlarının nizamsızlığı, anemiya, keratin çatışmazlığı və bəzi dərmanların yan təsirləridir.

Dırnaqlarda ağ ləkələr üçün hansı həkimə müraciət etməlisiniz?

Dırnaqlarda uzun müddətli ağ ləkələr ciddi qəbul edilməli və gecikdirilməməlidir. Dermatoloqa gedərək onun səbəbi araşdırılmalı, müayinə və laborator müayinələr aparılmalı, səbəbə uyğun müalicə edilməlidir.

Dırnaqlarda ağ ləkələrdən necə qurtulmaq olar?

Özge Ayabakan bildirir ki, dırnaq boyaları dırnaqlarda hava dövranının qarşısını alır, qan dövranı pozğunluğu ilə yanaşı ağ ləkələrin yaranmasına səbəb olur. Tətbiq edilən boya dırnaqda uzun müddət saxlanılmamalı, tərkibində qliserin olan sağlam təmizləyici vasitələrlə silinməli, dırnaqların nəfəs almasına imkan verilməlidir.

Eyni zamanda dırnaqlarda zülal çatışmazlığından yaranan ağ ləkələr protein tərkibli qidalar qəbul etməklə aradan qaldırıla bilər.

Dırnaqlarda ağ ləkələr xüsusilə ayaq dırnaqlarında göbələk xəstəliyinin başlanğıcı ola bilər. Leykonychia dediyimiz ağ ləkələr bəzi dəri xəstəliklərində də görünür. Bu halın qarşısını almaq üçün mütəxəssis tərəfindən müalicəyə başlamaq lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12069
avatar

Sevinc Fərid

Oxşar yazılar