Türkiyə mətbəxində geniş yayılmış şalğam suyu, sən demə min bir dərdin dərmanı imiş
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hər gün bir stəkan şalğam suyu içmək orqanizmi toksinlərdən təmizləməyə kömək edir.
Tərkibində A, B, K vitaminləri, fosfor olan şalğam suyu ürək, sümük və gözlərin sağlamlığına yaxşı təsir göstərir.
Şalğam suyu kişilərin gücünü artırmağa, spermanın keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Şalğam suyu bağırsaqlar üçün də çox faydalıdır. O ən yaxşı probiotiklərdən biridir. Onun sayəsində bağırsağın təbii florası qorunur.