Türkiyəli sənətçi Tovuzda konsert verib
12 avqust 2013 13:36 (UTC +04:00)

Türkiyəli sənətçi Tovuzda konsert verib

"Ah Karabağ" mahnısının müəllifi Başkal Tovuzda ön cəbhədə Ramazan bayramı münasibətilə möhtəşəm konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, müğənni millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu və "12 May" Groupun dəvəti ilə Azərbaycana gəlib. Türkiyəli sənətçi Başkal “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində "Birlik və Bərabərlik" adı altında Ramazan bayramı münasibətilə konsert proqramı ilə ilk öncə ön cəbhə rayonlarından olan Tovuz rayonunda çıxış edib və o səhnəni Azərbaycanın əməkdar Artisti Elza Seyidcahanla bölüşüb.

 

Konsertdə millət vəkilləri Qənirə Paşayeva, Etibar Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, N saylı hərbi hissənin polkovniki Mayıs Bərxudarov, "12 May" Groupun təsisçisi Hacı Səbuhi Rəcəb və digər ictimai xadimlər iştirak ediblər.

 

Çıxış edən millət vəkili Q. Paşayeva hər bir azərbaycanlının özü ilə bərabər ölkəmiz və millətimiz üçün də dualar etdiyini vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1568
avatar

Oxşar yazılar