Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri apreldə Bakıda keçirilməsi nəzərdə tutulan II "Global Shared Societies" Forumuna hazırlıq prosesinin müzakirəsi üçün İtaliyanın sabiq baş naziri Romano Prodi ilə görüş keçirib. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə Romano Prodi aktual məsələlərin müzakirəsi məqsədilə keçiriləcək Forumun dünya üçün əhəmiyyətli olacağını vurğulayıb.
O, eyni zamanda, Mərkəzin həyata keçirdiyi önəmli beynəlxalq layihələrini dəstəklədiyini də bildirib.