Londonda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəylinin konserti olub. Lent.az-ın məlumatına görə, Londonun “Cadogan Hall”da zalında keçirilən konsertdə xalq artistini London Royal Filarmonik Orkestri müşayiət edib. Dirijor Dmitri Yablonski rəhbərlik etdiyi konserti beş yüzə yaxın tamaşaçı izləyib. Tədbirdə Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, Britaniya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Xalq artisti Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyev, Fikrət Əmirov, Niyazi, Vaqif Adıgözəlovun və dünya klassik incilərindən əsərlər səsləndirib. Qara Qarayevin "Yeddi gözəl" baleti əsasında təqdim edilən vals iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Xalq artistinin çıxışı sürəkli alqışlarla qarşılanıb.