Elza İbrahimovanın anım günüdür
11 fevral 2015 12:15 (UTC +04:00)

Elza İbrahimovanın anım günüdür

Bu gün Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimovanın xatirə günüdür. Lent.az-ın kino.org.az-a istinadən məlumatına görə, Elza İmaməddin qızı İbrahimova 1938-ci il, yanvarın 10-da Hacıqabul şəhərində anadan olub. Musiqiyə olan böyük həvəsi onu 8 saylı musiqi məktəbinə gətirib çıxarır. Asəf Zeynallı adına musiqi məktəbində təhsilini davam etdirən Elza İbrahimova Azərbaycan Dövlət

Konsevatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olunur. Burada Cövdət Hacıyevdən, Qara Qarayevdən dərs alan Elza xanım maestro Niyazi tərəfindən də yüksək qiymətləndirilir.

 

E. İbrahimova 1969-cu ildə ilk dəfə Məmməd Rahimin sözlərinə “Yalan ha deyil” mahnısını bəstələyir. Mahnın ilk ifaçısı da gözəl sənətkarımız Şövkət Ələkbərova olur.

Elza İbrahimova Azərbaycanda tanqo ritmini (Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” mahnısı)estradaya gətirən bəstəkarımızdır. Bəstəkar eyni zamanda estrada janrı ilə yanaşı operalar, (“Afət”, “Şeyx Şamil” və “Yanan laylalar”) romanslar, sonatalar, kvartetlər də bəstələyib. Elza İbrahimovanın korifey sənətkarımız Rəşid Behbudovun ifasında dünyanı gəzən  “Ey vətən” əsəri Azərbaycanımızı tərənnüm edən mükəmməl bir sənət nümunəsidir. Bir çox televiziya tamaşalarında (“Nəğməkar torpaq”, “Bağışla”, “Qayıdış”) bəstəkarın mahnılarından istifadə edilib.

 

Görkəmli bəstəkarımız 11 fevral 2012-ci ildə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar