İranlı kinoaktrisa Məhliqa Caberi Kann Kinofestivalında öz geyimi ilə diqqət çəkib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktrisa qırmızı xalı üzərinə dərin sinə dekoltesi və boynunda dar ağacının kəndirini andıran aksessuar olan qara libasla çıxıb.
Aktrisa bu libasıyla ölkəsindəki edamlara etirazını ifadə dib. Öz sosial şəbəkə hesabında bu libasda şəklini paylaşan aktrisa “Edamlara son qoyun!” çağırışını edib.
Məhliqa Caberinin libasının modelyeri Cila Saberdir.
Qeyd edək ki, 2023-cü ildə İranda 209 nəfər asılaraq edam edilib.