Anar ağlayaraq:  "Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm"
04 avqust 2025 14:17 (UTC +04:00)

Anar ağlayaraq: "Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm"

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində kövrək anlar yaşanıb. 

Lent.az-ın məlumatına görə, Xalq yazıçısı Anar mərasimdə çıxış edərkən göz yaşlarını saxlaya bilməyib:

"Çox ağırdır. Ədəbiyyatımız böyük yazıçını itirdi. Yaxınları qayğıkeş ailə başçısını, mən isə ən yaxın dostumu itirdim. Bilmirəm, taleyin nə cəzasıdır ki, dostlarımın dəfn mərasimində çıxış etməli oluram. Hər şeydən əvvəl Elçin mənim üçün çox vəfalı dost idi. 60 ildir biz hər gün ya görüşür, ya danışırdıq. İndi heç kim qalmayıb. Bilmirəm ki, indi kimə zəng edib, ən məhrəm sözlər deyə biləcəyəm. Bu da görünür ki, taleyin cəzasıdır dostlarımı dəfn edirəm və mərasimdə çıxış edirəm. Çıxış edə bilmirəm. Allah Elçinə rəhmət eləsin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar