Yeni kəşf edilən komet Yerə yaxınlaşacaq - TARİX
19 yanvar 2023 01:17 (UTC +04:00)

Yeni kəşf edilən komet Yerə yaxınlaşacaq - TARİX

Alimlər tərəfindən bu yaxınlarda kəşf edilən “C/2022 E3” yaşıl komet fevralın 1-də Yerə yaxınlaşacaq.

Lent.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

York Universitetinin məlumatına görə, yaşıl komet Yerdən 42 milyon kilometr uzaqlıqdan keçəcək. Alimlərin fikrincə, göy cismini Şimal Tacı bürcünün bölgəsində adi gözlə müşahidə etmək olar. İndi kometi yalnız güclü durbin və ya kiçik teleskoplar vasitəsilə görmək olar.

Fevralın 1-də hava aydın olarsa, “C/2022 E3” komet səmada quyruğu olan tutqun yaşılımtıl parıltı şəklində görünəcək.

Qeyd edək ki, Yaşıl komet 2022-ci ildə Kaliforniya astronomları tərəfindən kəşf edilib. Göy cismi uzunmüddətli kometa kimi təsnif edilirdi. Hesab edilir ki, komet sonuncu dəfə Yerin yanından təxminən 55 min il əvvəl, Daş dövründə uçmuşdu və növbəti uçuş olmaya bilər.

# 2577
avatar

Oxşar yazılar