Böyük fransız yazıçısı Gi De Mopassanın maraqlı hekayəsi var. Hekayədə ömrünün son illərini yaşayan bir qarı evini bir nəfərə satır və əvəzində tələb edir ki, kişi ölənə qədər ona hər ay müəyyən məbləğdə pul ödəsin. Qarının ömrü uzandıqca səbri daşan kişi onu spirtli içkilərə aludə edir və nəhayət qadın sərxoş halda ölür.
Amma danışacağımız hadisənin sonu Mopassanın hekayəsindəkindən fərqlidir.
Lent.az tarixin ən maraqlı və uğursuz müqaviləsi kimi bilinən bu hadisə barədə məlumat verir.
1965-ci ildə 90 yaşlı Janna Kalma 47 yaşlı vəkil Andre Fransua Raffe ilə müqavilə bağlayır. Belə müqavilələr Fransada dəbdədir. Qarı Arl şəhərindəki evini onun adına keçirir. Bunun müqabilində vəkil ölənə qədər hər ay qarıya 2500 frank (indiki kursla 600 dollar) ödəməli, onun kommunal problemlərinin həlliylə məşğul olmalıydı. Müqavilə bir tərəfli qaydada pozula bilməzdi. Öz işini yaxşı bilən vəkil 90 yaşlı qadının çox yaşamayacağını və evi yaxşı qiymətə aldığını düşünür. Lakin...
67 yaşına çatanda vəkil anladı ki, ömrünün ən pis müqaviləsini bağlayıb. Qarı ölmürdü. Vəkil 77 yaşına çatanda öldü, Kalma isə hələ də aldığı pullarla kef edirdi. O, yoqa ilə məşğul olur, aktiv həyat sürürdü. Vəkilin ailəsi onun öhdəliyini davam etdirirdi.
Kalma Raffredən 2 il sonra 123 yaşına 5 ay qalmış öldü. Bu hadisə isə ən baməzə və uğursuz müqavilə kimi tarixə düşdü.