"Walt Disney" 7000 işçisini işdən çıxaracaq.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, baş direktoru Robert İger şirkət rəhbərliyi ştatı yenidən təşkil etməyi planlaşdırdığını bildirib.
İger qeyd edib ki, şirkət 7 min işçini ixtisar etmək qərarına gəlib. Yenilənmiş təşkilatın planına əsasən, orada üç bölmə yaradılacaq. Onlardan birincisi kino və televiziya sahəsində məzmunla məşğul olacaq, ikincisi idman proqramlarına, üçüncüsü isə əyləncə parklarına və mallara cavabdeh olacaq.
Beləliklə, "Walt Disney" təxminən 5,5 milyard dollar qənaət etməyi planlaşdırır. Şirkətin baş direktoru qeyd edib ki, 7 min işçi ümumi işçilərin təxminən 3 faizini təşkil edir.