ABŞ-ın Delaver ştatının Millsboro şəhərinin sakini tətildən evinə varlı qayıdıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
66 yaşlı Piter Sallivan günəşdən həzz almaq və dincəlmək üçün Floridaya səfər edib. Tətildə olarkən o, "Delray Beach"dəki ərzaq mağazasından 20 dollarlıq ani lotereya bileti alıb. Nəticədə amerikalı beş milyon dollar qazanıb.
Lotereyanın şərtlərinə görə, uduşlar uzun illər ərzində hissə-hissə ödənilir. Dərhal almaq üçün müəyyən miqdarda puldan imtina etmək lazımdır.