Moskvadakı əfsanəvi restoranın direktorunun karyera yüksəlişinin səbəbi açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskvadakı əfsanəvi “Araqvi” restoranının ilk direktoru Lonqinoz Stajadzenin karyera yüksəlişinin səbəbi "bəxtinin gətirməsi" ilə bağlıdır.
O, əvvəlcə Moskvaya gəlir və Puşeçnaya küçəsindəki yeməkxanada işə düzəlir. İşlədiyi müddətdə SSRİ Daxili İşlər Xalq Komissarı Lavrenti Beriya ilə görüşmək nəsib olur. Belə ki, Lavrenti Beriya nahar etmək üçün həmin restorana gəlir və Lonqinozu görür.
Bir müddət sonra aşpazı Lubyankaya gətirib, birbaşa Dövlət Təhlükəsizlik Komissarının kabinetinə aparırlar. Qonağı ən yaxın dostu kimi qarşılayırlar.
Daha sonra komissar sözə başlayır:
"Yoldaş Stalinlə məsləhətləşdik və qərara gəldik ki, sizə məsuliyyətli bir işi - Moskvada ilk gürcü restoranını yaratmağı həvalə edək. Razısınızmı, əzizim?", - deyib.
Beləliklə, cəmi dörd sinif təhsili olan Stajadzeni məşhur "Araqvi" restoranının direktoru olur. O, yüksək keyfiyyətlə işləyir və məhsulların keyfiyyətinə, yeməklərin hazırlanmasına və zaldakı atmosferə daim nəzarət edirdi.