Sosial şəbəkədə tanışlıq zamanı diqqət edilməli olan 7 vacib məsələ
08 oktyabr 2022 11:30 (UTC +04:00)

Sosial şəbəkədə tanışlıq zamanı diqqət edilməli olan 7 vacib məsələ

İnsanlar indi daha çox sosial media heabları vasitəsilə tanış olur, virtual söhbətlərə, dostluqlara üstünlük verirlər. Virtual münasibətlərin bəziləri real həyatda sevgiyə, dostluğa çevrilir. Amma virtual tanışlığın təhlükəli tərəfləri də var. Sosial şəbəkədə söhbət zamanı bir şantajçının “əsirinə” çevrilməmək üçün necə hərkət etmək lazımdır?

Lent.az psixoloq Ceyda Sönməzin tövsiyələrini təqdim edir.

Öncə qarşınızdakı adamın bu yazışmalara necə baxdığına diqqət edin. O söhbətlərinizə “ flört” dostluq, yoxsa sadəcə bekarçılıqdan zaman öldürmək kimi baxırmı?

Özünüzü qaza gətriməzdən, bağlanmazdan əvvəl bu münasibətlərdən nə gözlədiyinizi aydınlaşdırın. Burda məsələ qarşı tərəflə deyil, sizinlə bağlıdır.

Danışdığınız adamla ortaq fikirlərinizin olub–olmadığına diqqət edin. Əks halda sonra canınız çox sıxıla bilər.

Onunla münasibətlərdə həddən artıq çox səylər göstərib, çox maraq ifadə edib özünüzü pis vəsiyyətə salmayın. Bu həm sizin çarəsizliyinizi göstərəcək, həm də onun sizdən “ürkməsinə” səbəb olacaq.

Gələcəkdə xoş münasibətlər yaratmaq istədiyiniz adamın gerçəkdə “o” olub-olmamasına diqqət edin. Fərqli ad, fərqli görüntü ilə aldatmış ola bilər.

Onun həyatında biri olub-olmadığından əmin olun.

Ruh sağlığından əmin olmadığınız, tez-tez yalanlar danışan birindən işıq sürətilə uzaqlaşın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar