Pişiyin dişlədiyi kişi öldü
24 fevral 2023 06:03 (UTC +04:00)

Pişiyin dişlədiyi kişi öldü

30 yaşlı Danimarka vətəndaşı pişik dişləməsi nəticəsində xəstəliyə yoluxaraq ölüb. 

Lent.az-ın xəbərinə görə, Kopenhagen sakini olan kişini ev pişiyi dişləyəndə buna əhəmiyyət verməyib. Lakin 2 gün sonra onun əli şişib. Müalicə fayda vermədiyi üçün əli amputasiya olunub. 3 aya 15 əməliyyat keçirən kişi ağır xəstəliyə yoluxaraq arıqlayıb vəhəyatını itirib. 

Həkimlər bildirib ki, nadir hallarda pişik dişləyərkən damara düşür və heyvanın dişindən bura Pasteurella multocida bakteriyaları daxil olur. Bakteriyalar çoxalaraq insanın əzələ toxumaları ilə qidalanır və ölümlə nəticələnir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Oxşar yazılar