Pişiklərinə yemək almaq üçün həftədə bir dəfə QİDALANIR
18 mart 2023 13:17 (UTC +04:00)

Pişiklərinə yemək almaq üçün həftədə bir dəfə QİDALANIR

Britaniyalı qadın pişiklərini qidalandırmaq üçün həftədə bir dəfə yemək yeyir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı qadın həftədə yalnız bir dəfə yemək yediyini və pulunu pişiklərini bəsləməyə xərclədiyini söyləyib.

46 yaşlı Yasemn Kaptanın dediyinə görə, o, pişiklərini tərk edə bilməz, çünki hələ balaca ikən onunla yaşayırlar. Bu səbəbdən qadın aclığını doyurmaq üçün həftədə yalnız bir dəfə yemək yeməyə və yeməklər arasında nanə çayı içməyə məcbur olub. Britaniyalı izah edib ki, çox pulu yoxdur, çünki İngiltərədə yaşayış xərcləri artıb.

Həftədə bir dəfə yemək yediyi üçün qadının çəkisi 89 kiloqramdan 57 kiloqrama düşüb. Əri dağınıq skleroz xəstəliyindən əziyyət çəkdiyinə görə, heç olmasa, qayğı göstərməsi səbəbindən ayaqda qalmağı bacarır.

“Mən baxım müavinəti alanda o pişik yeminə, peçenyeyə və pişik üçün xüsusi südə gedir. Əks halda verilən pulla ancaq telefon pulunu ödəyə bilərəm” , - Yasemn şikayət edib.

# 1638
avatar

Fidan İlqar

Oxşar yazılar