Pişiklərin  "ağlaması"   nə məna verir? - Kədər, qəzəb..
27 mart 2023 18:43 (UTC +04:00)

Pişiklərin "ağlaması" nə məna verir? - Kədər, qəzəb..

Çox vaxt pişiklər özlərini insanlar kimi aparırlar - gileylənir, inciyir, ağlayır. Şübhəsiz ki, bir çoxlarımız azı bir dəfə də olsun pişiklərin gözlərinin yaşardığını görmüşük. Bəs, bu "göz yaşları" pişiyin incidiyini və ya kədərləndiyini bildirir?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, pişiklərin duyğuları var və onlar müxtəlif hislər yaşayırlar.

Məsələn, xoşbəxt pişik mırıldayır, sürtünür və oynayır.

Kədərli pişik özünə çəkilir, iştahını itirir və ya daha az enerjili olur.

Qəzəbli və ya qorxmuş pişik isə fısıldayır, kürəyini bükür, hətta sahiblərinə qarşı gəlir, onları vurur. 

Narahat, qəzəbli və ya məyus pişiklər insanların sızlanmasına oxşar səslər çıxara bilər.

Amma tədqiqatçıların fikrincə, insanlar güclü emosiya və ya ağrı zamanı ağlayan yeganə canlıdır. Yəni pişiklərin "ağladığını" görsəniz, bu, onun güclü duyğular yaşadığı mənasını vermir.

Pişiklərdə göz yaşları toz hissəciklərindən və ya yoluxucu xəstəliklərdən qıcıqlanması səbəbindən yarana bilər. Bu, fasiləsiz davam edirsə, mütləq baytarla əlaqə saxlanılmalıdır. 

Əgər ev heyvanınızın emosional vəziyyətindən narahatsınızsa, yeməkdən imtina və ya yeməyə maraq olmaması kimi əlamətlərə diqqət yetirin. Bu problemlər bir xəstəliyin əlaməti də ola bilər. Bir pişiyin emosional vəziyyətini qəbul etməzdən əvvəl onun fiziki sağlamlığını yoxlayın.
 

# 4185
avatar

Oxşar yazılar