Pişiklərə  toyuq əti   yedizdirməyin! - Sahiblərinə  XƏBƏRDARLIQ
23 fevral 2023 17:11 (UTC +04:00)

Pişiklərə toyuq əti yedizdirməyin! - Sahiblərinə XƏBƏRDARLIQ

Bəzi pişik sahibləri onları xüsusi yeməklərlə yox, ərzaqla qidalandırırlar. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunların arasında ən populyarı həm ucuz, həm də zülalla zəngin toyuq ətidir. 

Amma bəzi ekspertlər toyuq ətinin pişiklərə verilməsinin təhlükəli olduğunu qeyd edirlər. Onların sözlərinə görə, toyuq ətindəki sümükləri pişiklər gəmirdikdən sonra sınaraq iti hala gəlir. Bu isə nəticədə pişiklərin bağırsaqlarını yaralaya bilər.

İkinci təhlükə isə toyuq dərisi ilə bağlıdır. Toyuq dərisini yeyən pişiklərin mədə və bağırsaqlarında ciddi xəstəliklər meydana gələ bilər.

Baytarlar pişiklərə toyuqların digər hissəsinin yemək kimi verilməsini tövsiyə edib. Amma veterinarların qənaətinə görə, toyuğun başqa hissələri də pişiklərdə ciddi allergiya yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2898
avatar

Fidan İlqar

Oxşar yazılar