Gülnarə Kərimovanın satışa çıxarılan imarətindən görüntü
29 aprel 2021 03:12 (UTC +04:00)

Gülnarə Kərimovanın satışa çıxarılan imarətindən görüntü

Özbəkistanın keçmiş prezidentinin qızının dəbdəbəli imarəti satışa çıxarıldı - VİDEO

Özbəkistan hakimiyyəti keçmiş prezident İslam Kərimovun qızı Gülnarədən müsadirə edilən dəbdəbəli “Sidjak” evini dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə edib.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, ev bu yaxınlarda nümayiş etdirilib. Dəvət olunan jurnalistlər evin mənzərələrini çöldən və içəridən çəkə biliblər.
 
"Sidjak"  Daşkənd vilayətinin Bostanlıq rayonunda yerləşir. İstirahət evi Pskem çayı vadisinin sağ sahilində, dəniz səviyyəsindən 959 metr yüksəklikdədir.
 
Bina və ona bitişik ərazilər 5.4 hektar ərazini əhatə edir ki, bunun da 5016,1 kvadratmetri binalardır.

Lüks kompleksin ərazisində otel, idman zalı, tennis kortu, fərdi kotteclər, həmçinin qapalı və açıq hovuzların tikildiyi bildirilir.
 
"Sidjak" 2017-ci ilin fevralında Özbəkistanın keçmiş prezidentinin böyük qızından müsadirə edilib.

Bundan sonra mərkəz müvəqqəti istifadə üçün Triatlon Federasiyasına verilib və bu ilin aprel ayının əvvəlində “Sidjak” da daxil olmaqla Gülnarə Kərimovanın otel və istirahət zonalarının satışa çıxarıldığı elan edilib.
 
Kərimovaya məxsus "Beldersay" istirahət evinin və bəzi digər obyektlərin hazır bir iş kimi investorlara satılacağı da bildirilir.
 
Özbəkistan Dövlət Aktivləri İdarəetmə Agentliyi hərracda iştirak etmək üçün aprelin 30-na qədər müraciətləri qəbul edir.
 
Xatırladaq ki, mart ayında hazırda Özbəkistanda həbsxanada olan Gülnarə Kərimovanın mesajı açıqlanmışdı.


 

keçmiş prezidentinin qızının dəbdəbəli imarəti satışa çıxarıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4092
avatar

Oxşar yazılar