Oğurladığı 60 min sevgilisində, 7 min isə killerdə batdı: POLİSƏ ŞİKAYƏT EDƏN "AXMAQ" 
02 iyun 2021 03:10 (UTC +04:00)

Oğurladığı 60 min sevgilisində, 7 min isə killerdə batdı: POLİSƏ ŞİKAYƏT EDƏN "AXMAQ" 

Çox istedadlı oğru idi, getdiyi yerdən “əli boş” qayıtmırdı, lakin düşüncəsində “boşluq”lar vardı...

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə 2019-cu ildə İspaniyada baş verib. Söhbət ağılsız oğru qadından gedir. 

Oğurladığı 60 min avro barədə keçmiş sevgilisinə danışır. Sevgilisi həmin məbləği ondan borc götürür və yoxa çıxır. 

Aldanıldığını başa düşən qadın əvvəl polisə şikayət etmək istəyir, sonra fikrindən vaz keçərək sevgilisini daha sərt cəzalandırmaq qərarına gəlir.

Tanıdığı killerə 7 min avro qarşılığında sevgilisinin ölümünü sifariş edir. Məqsədi qurbanının orqanlarını satmaq və 60 min avrosunu bu yolla əldə etmək olur.

Bu dəfə də bəxti gətirmir, killer də pulu alıb yoxa çıxır. Qadın çox düşünür və polisə şikayət etmək qərarına gəlir. Şikayətində bildirir ki, pul verdiyi şəxs onun istəyini reallaşdırmayıb. Killerin tezliklə tapılmasını və pulunun geri qaytarılmasını istəyib. 

“Zavallı”nın isə ağlına belə gəlmirdi ki, polis ilk növbədə onun özünü həbs edəcəkdi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2934
avatar

Rəsul SARI

Oxşar yazılar