Bütün zamanlarda maraqlı hadisələr hər kəsin təəccübünə səbəb olub.
Lent.az-ın bu dəfə təqdim etdiyi hadisələr də olduqca maraqlıdır:
Orta əsrlər dövründə məhkəmələrdə insanlarla bərabər heyvanlar da mühakimə edilirdi. Hətta bəzi hallarda onların barəsində ölüm hökmü çıxarılırdı.
1800-cü illərdə insanların ölüb-ölmədiyini dəqiq anlamırdılar. Ona görə də bunu bilmək üçün qəribə üsuldan istifadə edirdilər. Tabutun içinə zəngli mexanizm qoyulurdu. Basdırılan şəxs əgər ölməyibsə, özünə gələndə zəngi çalırdı.
1859-cu ildə tarixdə ən böyük günəş fırtınası baş verir. Hadisə olan gecə göy üzü qırmızı, yaşıl, bənövşəyi şəfəqlərlə örtülmüşdü. Bu işıq eyni zamanda bir çox bölgədən görülmüşdü.