Keçən ilin payızında İspaniyada 15 yaşlı Mikel Qomes dərsə “yubka” ilə gəldiyinə görə məktəbdən qovulub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, oğlan feministlərə və transseksual insanlara bu şəkildə dəstək verməklə yanaşı, xalqın təzyiqinə müqavimət göstərmək istəyib. Lakin cəhdi alınmayıb.
İndi isə İspaniyanın hər yerində tələbələr və kişi müəllimlər Qomes ilə həmrəyliyini açıqlayıb və "Cinsi olmayan geyim" aksiyası çərçivəsində dözümsüzlüyə qarşı çıxış edib. Onlar etiraz əlaməti olaraq “yubka” geyinirlər.
Hadisələr İspaniyada şiddətli bir mübahisəyə səbəb olub və bu günə qədər davam edir.
Tələbələrə dəstək aksiyasına ispaniyalı müəllimlər, 37 yaşlı Manuel Orteqa və 36 yaşlı Borxa Velaskes də qoşulub.