Mafiyanın pişiyinə yeni EV AXTARILIR
24 fevral 2023 14:50 (UTC +04:00)

Mafiyanın pişiyinə yeni EV AXTARILIR

Meksikada şəhər rəhbərliyi həbsdən sonra azad edilən Sfenks pişiyi üçün yeni ev tapmaq qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kadrlarda heyvanın bədənində döymələr göstərilir.

Döymələrdən birində “Meksikada istehsal olunur” ifadəsi yazılıb. Məlum olub ki, ev heyvanı böyük cinayətkar qruplaşmaya məxsusdur. Pişiyin sahibləri həbs edildikdən sonra pişik də həbs edilib və sahibi Ernesto Arnoldo Pignon ilə birlikdə cəzasını çəkib.

"Pişik çox ünsiyyətcil və əla formadadır, heç bir infeksiyası yoxdur" - şəhərin ekologiya direktoru Sezar René Diaz deyib.

Qeyd edək ki, yanvar ayında həbsxanada iğtişaş baş verib, nəticədə 25 məhkum qaçıb. Onların arasında pişiyin sahibi də var idi. Bildirilir ki, hadisədən sonra polis pişiyi sığınacağa köçürmək qərarına gəlib və orada ona uyğun ailə tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Fidan İlqar

Oxşar yazılar