Əqli və fiziki cəhətdən sağlam kişi gündə 200 qram araq içə bilər.
Lent.az Rusiya mediasına istinadla bildirir kişilər üçün spirtin maksimal dozasını narkoloq Oleq Stetsenko açıqlayıb.
O, kişiləri güclərini sınayaraq spirtli içkilərlə təcrübə etməməyə çağırıb. "Mən hələ də tam əminəm ki, güclü spirtin maksimum dozası gündə 50 ml araqdır", - deyib və əlavə edib ki, əqli və fiziki cəhətdən sağlam bir kişi üçün norma 200 millilitrədək artırıla bilər, lakin bu vəziyyətdə spirt qəlyanaltı kimi istifadə edilməlidir.
Həkim qeyd edib ki, alkoqolun zərərini yalnız içkinin orqanizmə birbaşa təsiri baxımından qiymətləndirmək düzgün deyil, çünki bir çox hallarda "macəra" çox az miqdarda spirtlə təhrik edilə bilər.