Böyük Britaniyanın Vudsayd heyvanları xilasetmə fondunun səyləri sayəsində ilk dəfə iki yaşlı Labrador Koko adlı it alkoqolizmdən sağalıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Koko və daha bir it sahibinin ölümündən sonra mərkəzə gətirilib. Mərkəzdən verilən məlumata görə, sahibi yatmazdan əvvəl onlara içki təklif etdiyi üçün itlər spirtli içkilərə aludə olublar.
Heyvanlarda qıcolma tutmağa başlayanda onlara təcili tibbi yardım tələb olunub. Bir it ölüb, lakin Koko dörd həftə ərzində alkoqol asılılığından müalicə kursu və sakitləşdirici dərman qəbul etməsi sayəsində sağ qala bilib.
Hazırda ekspertlər itin alkoqolizmdən tam sağaldığını təsdiqləyiblər. Mərkəzin əməkdaşları sağalmış Kokonun özünə yeni ev tapacağına ümid edir.