İnsanlar ən az  hansı yaşda   yatırlar?
12 fevral 2023 17:31 (UTC +04:00)

İnsanlar ən az hansı yaşda yatırlar?

London Universitet Kolleci, Şərqi İngiltərə Universiteti və Lion Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma insanların ən az yetkinlik dövründə, yəni 33 yaşından əvvəl yatdığını müəyyən edib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, tədqiqatda 63 ölkədən 730 mindən çox könüllü iştirak edib. Alimlər yuxu rejiminin həyat boyu necə dəyişdiyini və müxtəlif ölkələrdə insanlarda necə fərqləndiyini öyrəniblər.

Tədqiqata görə, gecə yuxusu orta hesabla 7,01 saat olub, qadınlar kişilərdən orta hesabla 7,5 dəqiqə daha çox yatır.

Ən gənc könüllülər (minimum 19 yaş) ən çox yatıblar, yuxu müddəti 20-30 yaş arasında azalıb və sonra 50 yaşa qədər sabitləşərək yenidən artıb.

Müəyyən edilmiş bəzi nümunələr (33 yaşında yuxu azalır və 53 yaşında yenidən artır) kişilər və qadınlar, eləcə də müxtəlif ölkələr və təhsil səviyyələri üçün eyni olub.

Alimlərin fikrincə, orta yaşda yuxunun azalması iş və uşaq baxımı ilə bağlı ola bilər. “Biz aşkar etdik ki, qlobal miqyasda insanlar yetkinlik dövründə daha az yatırlar, lakin orta yuxu müddəti regiona və ölkəyə görə dəyişir”, -  komandanın rəhbəri professor Huqo Spirs bildirib.

İnsanlar ən çox (digər ölkələrə nisbətən 20-40 dəqiqə çox) Albaniya, Slovakiya, Rumıniya və Çexiya kimi Şərqi Avropa ölkələrində, ən az isə Cənub-Şərqi Asiya ölkələrində, o cümlədən Filippin, Malayziya və İndoneziyada yatırlar. Ümumiyyətlə, insanlar ekvatora yaxın ölkələrdə bir az az yatır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar