III Çarlz tacqoyma mərasimində anasının qızıl paltarını GEYİNƏCƏK  - VİDEO
28 mart 2023 14:44 (UTC +04:00)

III Çarlz tacqoyma mərasimində anasının qızıl paltarını GEYİNƏCƏK - VİDEO

Böyük Britaniya kralı III Çarlz 2023-cü ilin mayında tacqoyma mərasimində anası, mərhum kraliça II Yelizavetanın xüsusi qızıl paltarını geyinəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər kraliça II Yelizaveta öz tacqoyma mərasimində bu qızıl donu geyinib.

Mərasim monarxın ailəsi və hörmətli qonaqlarının müşayiəti ilə abbatlığa gəlişi ilə başlayacaq. Bu anda o, qızılı ipək paltar geyinəcək.

70 ildən çox əvvəl hazırlanan paltarlar xüsusilə II Yelizaveta üçün tikilib. Bundan əlavə, o, yalnız bir Şotlandiya kəndində istehsal olunan və bütün birlik ölkələrinin simvolları ilə işlənmiş materialdan hazırlanıb.

Tacqoyma mərasimi mayın 6-da Westminster Abbeydə keçiriləcək. Bu, bir neçə mərhələdə baş tutacaq. Bu tədbir Böyük Britaniya tarixində unikal olacaq, çünki monarxın XXI əsrdəki rolunu əks etdirən qədim ənənələri və müasir elementləri birləşdirəcək.

# 1233
avatar

Fidan İlqar

Oxşar yazılar