980-ci ildə indiki Özbəkistanın Buxara yaxınlığındakı Əfşanə şəhərində anadan olan İbn Sina min illər əvvəl zəlzələ xəbərdarlığı edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İbn Sina bu xəbərdarlığında zəlzələdən əvvəl və sonra nə etməli olduğunu xüsusilə vurğulayıb.
İbn Sinanın “Zelzel” xəbərdarlıqlarını təqdim edirik...
Təbiətin nəzəri quruluşunun dəyişməsi ilə əsrlər əvvəl zəlzələlərin baş verdiyini bildirən İbn Sina, məkanların buna uyğun dizayn edilməsinin lazım olduğunu söyləyib.
Coğrafiyanın hündürlükdən asılı olaraq məkanlara uyğun olmadığını vurğulayan İbn Sinanın fikirlərini Memar Sinan tətbiq edib. Belə ki, o, diaqonal döşəmələrdə və hörgüdə qara yay sistemlərini inkişaf etdirdi. O, bu sistemlərin boşluqların silkələnməsinin qarşısını almadığını, əksinə çökmənin qarşısını aldığını vurğulayıb.
İbn Sinanın bu fikirləri bu gün də bir çox alimlər tərəfindən davam etdirilir. İbn Sina, eyni zamada, zəlzələdən sonra xəstəliklərin yayılması barədə xəbərdarlıq edib.
O, bildirib ki, epidemiyaların qarşısını almaq üçün evdə nanə, lavanda və limon şirəsi qarışıqları olmalıdır.
Bu qarışımların mikrob və virusların qarşısının alınmasında təsirli olduğunu bildirən Sina, həm də zəlzələdən sonra insani ehtiyacların təmizliyinə diqqət etməyin xəstəliklərin qarşısının alınmasında təsirli olduğunu deyib.
Təbii fəlakətlərdən sonra sağlamlığa da diqqət edilməlidir. Bu hallarda o, alternativ təbabətdə ən güclü qidaların limon və üzüm əzməsi olduğunu irəli sürüb.
O, şok və panik anlarını sakitləşdirən limonun qan şəkərini tarazlaşdırmaqda, üzüm əzməsinin isə viruslara təsirli olduğunu açıqlayıb.